Tarkan sevilən mahnısına klip çəkdirdi
Yeni ili qeyd etmək istəyəcəyiniz 10 ölkə
Aygün Səmədzadə kimə məsləhət verdi?
Paytaxt kinoteatrlarında “Qız qaçırtma” olacaq

Facebook instagram Twitter Youtube
ARTNEWS

İsveçrəli rəssam Bakıda dərs keçəcək

07-12-2017


İsveçrənin Azərbaycandakı səfirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi, “Arts Council Azerbaijan”nın təşkilatçılığı ilə dekabrın 9-dan 12-dək İçərişəhərdə yerləşən “Art Tower” rəsm qalereyasında “H.E.Art” layihəsi reallaşacaq. Layihə çərçivəsində sənətkarlar “İsveçrə və onun təbiəti” mövzusunda rəsm əsərləri yaradacaq.

Muztv.az azərtac-a istinadən xəbər verir ki,  “H.E.Art” layihəsi çərçivəsində dekabrın 9-10-da dünyada “BustArt” adı ilə tanınan isveçrəli rəssam Ştefan Buster və altı Azərbaycan rəssamının iştirakı ilə ustad dərsləri keçiriləcək. İki gün ərzində fırça ustaları neftdən istifadə etməklə əsərlər yaradacaq.

Tədbirdə müasir qrafit texnikasının öyrənilməsi ilə maraqlanan gənc rəssamlar və tələbələr iştirak edəcək.

Dekabrın 12-dən 2018-ci il yanvarın 10-dək İçərişəhərdə yerləşən “Art Tower” rəsm qalereyasında bu əsərlərin sərgisi təşkil olunacaq.

18 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Dekabr






















15 Dekabr