Tarkan sevilən mahnısına klip çəkdirdi
Yeni ili qeyd etmək istəyəcəyiniz 10 ölkə
Aygün Səmədzadə kimə məsləhət verdi?
Paytaxt kinoteatrlarında “Qız qaçırtma” olacaq

Facebook instagram Twitter Youtube
ARTNEWS

Berlində "Cəngi" əzəməti

06-12-2017


Berlinin nüfuzlu Kesselhaus musiqi sarayında “Cəngi” etno-caz qrupunun ifasında konsert proqramı təqdim olunub. 

Muztv.az xəbər verir ki, konsert Azərbaycan ilə Almaniya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə baş tutub.

Konsert Azərbaycanın Almaniyadakı səfirliyinin və Alman-Azərbaycan Forumunun birgə təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyi və SOCAR-ın Almaniya nümayəndəliyinin dəstəyi ilə reallaşıb.

Səfir Ramin Həsənov tədbirdə çıxış edərək 2017-ci ilin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü və Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyi ilə yadda qaldığını söyləyib. 

Sonra söz musiqiçilərə verilib və “Cəngi” etno-caz qrupunun ifasında Azərbaycanın tanınmış xalq və bəstəkar mahnıları caz musiqisi ilə sintez halında səsləndirilib. Musiqiçilər caz melodiyalarının müşayiəti ilə ud, tar, tütək və nağara kimi milli musiqi alətlərimizin imkanlarını ustalıqla nümayiş etdiriblər.

Möhtəşəm konsert proqramını tamaşaçılar alqışlarla qarşılayıblar.

Xatırladaq ki, hazırda Əməkdar Artist Mircavad Cəfərovun bədii rəhbəri olduğu “Cəngi” qrupu 1992-ci ildə yaradılıb.

15 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Dekabr






















15 Dekabr