Tarkan sevilən mahnısına klip çəkdirdi
Yeni ili qeyd etmək istəyəcəyiniz 10 ölkə
Aygün Səmədzadə kimə məsləhət verdi?
Paytaxt kinoteatrlarında “Qız qaçırtma” olacaq

Facebook instagram Twitter Youtube
ARTNEWS

İslam həmrəyliyi incəsənətdə-sərgi

06-12-2017


Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə dekabrın 7-dən 12-dək “Qalereya 1969”da “İRS. İslam həmrəyliyi incəsənətdə” adlı sərgi açılacaq.

Muztv.az xəbər verir ki, sərgi ölkəmizdə elan olunmuş “İslam həmrəyliyi İli” çərçivəsində təşkil ediləcək. “Ölkəmiz uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən olub. Bu, Azərbaycan mədəniyyəti və incəsənətində də dərin izlər qoyub. İslam mədəniyyətinin qiymətli abidələrindən Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və Gəncə şəhərindəki “İmamzadə” kompleksi dini memarlığın nümunələri olduğu kimi, Azərbaycan rəssamlarının XX əsrdə yaratdıqları nadir sənət inciləri də İslam mədəniyyətini özündə əks etdirən dünyəvi incəsənətin bariz örnəkləridir. Sovet İttifaqı dövründə və Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı illərdə yaradılan, İslam dini təsəvvürlərini və mədəniyyətini əks etdirən təsviri sənət nümunələri Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda xüsusi kolleksiya təşkil edir”, - deyə təşkilatçılar bildirir.

Sərgi bu incəsənət əsərlərinin geniş tamaşaçı auditoriyasına təqdim olunması, Azərbaycan rəssamlarının yaradıcılığının təbliği məqsədilə keçirilir.

16 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Dekabr






















15 Dekabr