Tarkan sevilən mahnısına klip çəkdirdi
Yeni ili qeyd etmək istəyəcəyiniz 10 ölkə
Aygün Səmədzadə kimə məsləhət verdi?
Paytaxt kinoteatrlarında “Qız qaçırtma” olacaq

Facebook instagram Twitter Youtube
ARTNEWS

Şən və Hazırcavablar Klubu Liqasının finalı yaxınlaşır

06-12-2017


Bakıda dekabrın 17-də Opera Studiyası nəzdindəki konsert zalında Azərbaycan Şən və Hazırcavablar Klubu Liqasının finalı olacaq.

Muztv.az xəbər verir ki, final mərhələsində mövsümün ən yaxşı komandası müəyyən olunacaq. Finalda ən yaxşı yerli komandalarla bərabər, xarici kollektivlər də iştirak edəcək.

Oyunun aparıcısı Şən və Hazırcavablar Klubunun Ali Liqasında təmsil olunan “Bakı yığması“ komandasının “qızıl səsi” Tamerlan Nağıyev olacaq.

Azərbaycan ŞHK Liqasının direktoru Cavid Şahbazbəyov mövsümün yekun oyununu anons edərək bildirib ki, gecə bol yumor və gözəl ovqat bəxş edəcək.

O deyib: “Bu, cari ildə ölkəmizdə ən gülməli şou olacaq. Bəzən bizi tənqid edərək deyirlər ki, guya biz Azərbaycan tamaşaçısını güldürə bilmirik. Tənqid öz yerində, amma “Bakı yığması”nın müəllif və aktyorları ölkənin bütün yumoristik layihələrinə cəlb olunublar. Kadr axını bizi narahat etmir. Bu, sağlam rəqabətdir, amma bir çoxlarından fərqli olaraq, bizim üçün maddiyyat təbliğatdan üstün deyildir. ŞHK-nın əsas məqsədi müasir və şıq azərbaycanlı obrazını Rusiya televiziyasında təbliğ etməkdir”.

18 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Dekabr






















15 Dekabr