Əməkdar artist toya hazırlaşır
Alla Puqaçova 69 yaşında şortik geyindi - foto
Müğənni Rilaya Hüseynzadə hamilədir - foto
Vaqif Mustafayev münsiflər heyətinə rəhbərlik edəcək

Facebook instagram Twitter Youtube
ARTNEWS

Musiqili Teatrda həftəsonu tamaşaları

06-12-2017


Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu beş tamaşa nümayiş olunacaq.

Muztv.az xəbər verir ki, tamaşaçılar dekabrın 8, 9, 10 -da “Fransızsayağı qarnir”, “Düyməcik”, “Baladadaşın toy hamamı”, “Qırmızıpapaq” və “Amerikalı kürəkən” tamaşalarını izləyə biləcək. Təqdim olunacaq səhnə əsərlərində Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Boris Qrafkin, Səmayə Musayeva, Novruz Qartal, Svetlana Bulax, Nahidə Orucova, Almaz Ələsgərova, Çingiz Əhmədov, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, aktyorlar Firuz Məmmədov, Məhərrəm Qurbanov, Marina Litvenenko və başqaları çıxış edəcək.

Teatr balaca və rusdilli tamaşaçılarına da maraqlı səhnə əsərləri izləmək imkanı yaradacaq. Belə ki, dekabrın 8-də “Fransızsayağı qarnir” ikihissəli komediya, dekabrın 9-da isə “Düyməcik” tamaşaları uşaqlar üçün rus dilində nümayiş olunacaq. Dekabrın 10-da “Qırmızıpapaq” musiqili nağıl-tamaşası Azərbaycan dilində nümayiş ediləcək.

87 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21


































20