Günel toya 5365 manatlıq libas geyindi - foto
Naibə Allahverdiyevanın makiyajsız halı - foto
Aysel Teymurzadənin yeni fotosu
“Novator” filminin təqdimatı olub

Facebook instagram Twitter Youtube
ARTNEWS

Yeni müsabiqə - “Müslüm Maqomayev gənclərin ifasında”

14-11-2017


Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə görkəmli müğənni, Xalq Artisti, dünya şöhrətli vokal və estrada ifaçısı Müslüm Maqomayevin 75 illik yubileyinə həsr olunmuş “Müslüm Maqomayev gənclərin ifasında” adlı müsabiqə elan edilib.

Muztv.az xəbər verir ki, müsabiqənin əsas məqsədi respublikamızda vokal və estrada sənətinin inkişaf etdirilməsi, gənc istedadların aşkara çıxarılması, habelə onların ifaçılıq səviyyələrinin yüksəldilməsi və dəstəklənməsidir.

Vokal və estrada oxuma üzrə keçirilən müsabiqədə Bakı şəhərində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində təhsil alan şagirdlər iştirak edə bilərlər.

Bir turdan ibarət olacaq müsabiqə 8-16 yaşlı uşaq və yeniyetmələr arasında 2 nominasiya (vokal və estrada oxuma) və 3 qrup (I qrup: 8-10 yaş, II qrup: 11-13 yaş, III qrup: 14-16 yaş) üzrə keçirilir.
 

97 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21 İyun












































20 İyun