Fatimə Fətəliyeva qısqananları qınadı
Aktyor sərt ismarış göndərdi
Səbinə “Dəli hisslər” ifa edəcək – foto
Türk mediası azərbaycanlı müğənnidən yazdı - video

Facebook instagram Twitter Youtube
ARTNEWS

“Əli və Nino” filmi yenidən Romada - foto 

14-11-2017


Bu ilin yayında İtaliyada keçirilmiş Birinci Azərbaycan Film Festivalı çərçivəsində ilk dəfə təqdim edilmiş məşhur “Əli və Nino” filmi yenidən italyan tamaşaçıların qarşısına çıxıb.

Muztv.az Azərtac-a istinadən xəbər verir ki, bu dəfə filmin nümayişi Azərbaycanın İtaliyadakı səfirliyi və İtaliya Xarici İşlər Nazirliyi Əməkdaşlarının Həyat Yoldaşlarının Assosiasiyası (ACDMAE) tərəfindən Romanın mərkəzində yerləşən “Tiziano” kinoteatrında təşkil olunub.

Filminin nümayişi ilə ACDMAE-nin mədəni mübadiləni təşviq etmək məqsədilə həyata keçirdiyi “Beynəlxalq film seriyaları” layihəsinin açılışı reallaşıb.

Sonra “Əli və Nino” filmi nümayiş etdirilib.

Yazıçı Qurban Səidin dünya bestselleri olan eyniadlı romanı əsasında ekranlaşdırılan “Əli və Nino” Azərbaycanın müstəqillik uğrunda mübarizəsi və XX əsrin əvvəlində Azərbaycanın Rusiya tərəfindən işğal edilməsi fonunda müxtəlif dinlərə etiqad edən iki gəncin sevgisindən bəhs edir.

Xatırladaq ki, tədbirin sonunda iştirakçılara Azərbaycanın milli mətbəx nümunələrindən müxtəlif şirniyyatlar təqdim olunub.
 









35 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
20 Yanvar






19 Yanvar