Nigar pərəstişkarlarını "Möcüzə gecəsi"nə dəvət etdi - foto
Bu dəfə "Maşın"ı o tərk etdi
Miri Yusif: "Yetər ki, hisslərlə oynamayın"
Əməkdar artistin qızı aparıcılıq edir

Facebook instagram Twitter Youtube
ARTNEWS

Fransada Azərbaycan bəstəkarlarının musiqiləri ifa olunub - fotolar

11-10-2017


Fransanın Kolmar şəhərində “Mandoline et Guitar colmariennes” assosiasiyasının təşkilatçılığı ilə konsert keçirilib.

Muztv.az xəbər verir ki, konsertdə azərbaycanlı bəstəkar və müğənni İlahə Ahui Maestro Niyazinin “Arzu”, Tofiq Quliyevin “Arzular”, “Sevgilim” və Franz Schuberin “Ave Maria” mahnılarını ifa edib.

Kiçik yaşlarından xor solisti olan İlahə Ahui Bakıda piano məktəbinə gedib. On iki yaşında Bakı haqqında ilk mahnısını bəstələyib. 1999-cu ildə Fransanın Strasburq şəhərinə gələn İ.Ahui bir il sonra Kolmar şəhərinə köçüb və orada yaşayır.

2012-ci ildə Kolmar şəhərinin Konservatoriyasının dirijorluq və vokal sinfinə daxil olub. Yerli xor qruplarına dirijorluq edib, Azərbaycan mahnılarını və öz bəstələrini səsləndirib. Hazırda azərbaycanlı dirijor və müğənni iki xor qrupu və bir orkestrə rəhbərlik edir.

İlahə Ahui 2018-ci ildə Kolmar şəhərində keçiriləcək Klassik Musiqi Festivalında Azərbaycan bəstəkarlarının musiqilərini səsləndirəcək.











28 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 Oktyabr










21 Oktyabr