Gənc aşıqların ifaları diskə köçürülür
Aşıq Zülfiyyə Tovuzda yeni ev tikdirib 
Stiven Siqal Bakıya festivala gəlir
Əməkdar Artist həmkarlarını "dilənçilikdə" günahlandırdı

Facebook instagram Twitter Youtube
ARTNEWS

Kiyevin mərkəzində Müslüm Maqomayevin heykəli ucaldılacaq

11-08-2017


Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzində dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ xalq artisti Müslüm Maqomayevin adını daşıyacaq park salınacaq.

Muztv.az xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə Kiyev şəhərinin mərkəzi ərazisində, Seçovıx Strelçov küçəsində salınacaq parkda tikintiyə başlamaq üçün Kiyev Şəhər Administrasiyasının rəsmi icazəsi alınıb. Kiyev Şəhər Administrasiyasının Parklar İdarəsi bununla əlaqədar qərar çıxarıb.

Parkda Müslüm Maqomayevin 6 metrdən artıq hündürlüyündə heykəli qoyulacaq. Heykəlin müəllifi tanınmış heykəltəraş, Ukraynanın xalq rəssamı Seyfəddin Qurbanovdur.

Parkın açılışının oktyabrın sonlarında olacağı gözlənilir.

Kiyevdə bu tədbir Azərbaycan Prezidenti İlham Əliyevin Müslüm Maqomayevin 75 illik yubileyinin keçirilməsi haqqında Sərəncamından irəli gələrək həyata keçirilir.

127 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
15 İyul
















14 İyul