Şəhriyar Əbilov: “Hər zaman dibdə olub batacaqsınız”
Yeni ildə izləniləcək ən yaxşı 10 film
Nazilə Səfərli: “Hiyləgərlərə sinə gərməkdən baxışlarım dəyişib”
Elnur Məmmədov Məşhəd ziyarətində - foto

Facebook instagram Twitter Youtube
ARTNEWS

Azərbaycan Aşıqlar Birliyində çinli alimlə görüş

18-06-2017


Ölkəmizdə qonaq olan Çin Xalq Respublikasının Etnik Ədəbiyyat İnstitutunun professoru Xuan Gün Şan Azərbaycan Aşıqlar Birliyində olub.

Muztv.az Azərtac-a istinadən xəbər verir ki, türk xalqlarının qədim ədəbiyyatı və mədəniyyəti sahəsində tədqiqatlar aparan alimin bu görüşdə məqsədi Azərbaycan aşıq sənəti ilə daha yaxından tanış olmaqdır.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı çinli alimə Azərbaycan aşıq sənətinin dünəni və bu günü, bu sənətə dövlətin qayğısı və onun inkişafı və beynəlxalq miqyasda tanıdılması istiqamətində həyata keçirilən tədbirlər haqqında geniş məlumat verib. O, günümüzün ustad aşıqlarından və AAB-ın reallaşdırdığı layihələrdən söhbət açıb, qonağı maraqlandıran suallara əhatəli cavab verib. M.Qasımlı eyni zamanda, çinli alimə AAB-nin nəşri olan “Günümüzün ustad aşıqları” seriyasından kitablar və “Folklor və etnoqrafiya” jurnalının son nömrələrini, Aşıq Şəmşirin lent yazılarından ibarət diski hədiyyə edib.
Sonra qonaq aşıqların ifasında müxtəlif aşıq havalarını canlı olaraq dinləyib, onların ifasını videolentə köçürüb, onlardan müsahibələr götürüb.

90 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
15 Dekabr


14 Dekabr