Madonna boksçu ilə eşq yaşayır
Ebru Gündəş keçmiş ərini məhkəməyə verib
Model İtaliyada nikaha girəcək
Polis amerikalı reperi axtarır

Facebook instagram Twitter Youtube
ARTNEWS

Romada Azərbaycanın müasir memarlıq abidələrinə həsr olunan sərgi nümayiş etdirilib - fotolar

13-05-2017


Mayın 11-12-də Romanın “Auditorium della Tecnica” sarayında İtaliyanın “Road To Green 2020” QHT-sinin təşkilatçılığı ilə “Gələcəyin şəhəri” (“La Citta del Futuro”) adlı tədbir keçirilib.

Muztv.az Azərtac-a istinadla xəbər verir ki, şəhərlərin davamlı inkişafına həsr olunmuş tədbirdə Azərbaycanın müasir memarlığı haqqında ətraflı məlumat verilib, memarlıq abidələri ilə bağlı sərgi təşkil edilib.

Tədbirdə Azərbaycanın İtaliyadakı səfirliyinin əməkdaşı Zaur Qədiməliyev çıxış edərək Azərbaycanın zəngin mədəniyyəti, qədim tarixi, ənənələri, sosial-iqtisadi inkişafı, ölkəmizdə həyata keçirilən önəmli memarlıq layihələri, o cümlədən mədəni irsin qorunması sahəsində əldə edilmiş uğurlar haqqında məlumat verib.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi, memar Fərid Əliyev Bakının müasir memarlıq nümunələri haqqında təqdimatla çıxış edib.

O, tədbir iştirakçılarına “Bakı Ağ Şəhər”, Böyükşor gölünün bərpası, Bakı Olimpiya Stadionun inşası layihələrinin konsepsiyası, texniki tərəfləri barədə ətraflı məlumat verib.







942 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti