Madonna boksçu ilə eşq yaşayır
Ebru Gündəş keçmiş ərini məhkəməyə verib
Model İtaliyada nikaha girəcək
Polis amerikalı reperi axtarır

Facebook instagram Twitter Youtube
ARTNEWS

Muğam Mərkəzində Amerikanın məşhur Nyu-Orleanz cazı səslənəcək

12-05-2017


Amerikanın Luiziana Caz Ansamblı Bakıya qastrol səfəri zamanı mayın 24-də Beynəlxalq Muğam Mərkəzində konsertlə çıxış edəcək. 

Muztv.az Azərtac-a istinadən xəbər verir ki, səkkiz nəfərlik caz qrupunun Bakıya səfəri “ADA” Universitetinin dəvəti ilə baş tutacaq.

Ansamblın daha bir ifası mayın 26-da - “ADA” Universitetinin “Məzun günü”ndə olacaq. 

Luiziana Caz Ansamblının təsisçi üzvü, Con Hopkins Universitetinin professoru, siyasi elmlər üzrə tanınmış alim Frederik Starr “ADA” Universitetinin fəxri doktorudur.

Qeyd edək, ansambl XX əsrin əvvəlində məhz Luiziana ştatının Nyu-Orleanz şəhərində yaranan və Amerikanın milli musiqisi hesab edilən caz repertuarını ifa edəcək. 

Nyu-Orleanz cazı musiqidə ilk qrup improvizasiya ifası olaraq tanınır. 

Yüz il üstündən keçsə də bu musiqi və onun məşhur truba, klarnet və trombon polifoniyası bu gün də bütün dünyada sevilərək dinlənilir.

1950-ci illərdən bəri Nyu-Orleanz cazını ifa edən ansambl hətta Sovet İttifaqı zamanı Moskvada qastrol səfərində olub. 

Etno-caz cərəyanlarından birinin vətəni olan Bakıya isə ifaçılar ilk dəfə gəlirlər.
 

931 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti