ARTNEWS
“Azərbaycan və Fransa baharının şəfəqi” adlı konsert proqramı
11-05-2017

Mayın 11-də Azərbaycan Milli İncəsənət Muzeyində “Azərbaycan və Fransa baharının şəfəqi” adlı konsert proqramı təqdim edilib.
Muztv.az Azərtac-a istinadən xəbər verir ki, konsert Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşəbbüsü ilə reallaşıb.
Professor Leyla Məmmədəliyevanın rəhbərliyi ilə gerçəkləşən konsertdə BMA-nın tələbələri Azərbaycan və fransız bəstəkarlarının klassik musiqi əsərlərini səsləndirib.
Bir-birindən parlaq kompozisiyaların yer aldığı musiqi axşamı maraqla qarşılanıb.
930 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
