Madonna boksçu ilə eşq yaşayır
Ebru Gündəş keçmiş ərini məhkəməyə verib
Model İtaliyada nikaha girəcək
Polis amerikalı reperi axtarır

Facebook instagram Twitter Youtube
ARTNEWS

"Əli və Nino” filmi Lüksemburq kinoteatrında ​

10-05-2017


Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə yazıçı Qurban Səidin dünyada bestseller olan eyniadlı romanı əsasında Azərbaycanda çəkilən “Əli və Nino” bədii filminin Lüksemburqda “Kinepolis” kinoteatrında təqdimatı keçiriləcək. 

Filmin layihə rəhbəri və icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.

Muztv.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfiri Fuad İsgəndərov və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Benelüks ofisinin direktoru Mark Vervilghen nümayişdən əvvəl tamaşaçılara film barədə geniş məlumat verəcək və ekran əsərinin əhəmiyyətinə toxunacaq.

Dövrümüzün və günümüzün ən aktual məsələsi olan multikulturalizm, tolerantlıq mövzusuna dair cəmiyyətə və insanlara vacib mesajlarla dolu “Əli və Nino” bədii filmi artıq bir çox ölkələrdə nümayiş olunub və tamaşaçıların rəğbətini qazanıb.

Qeyd edək ki, “Kinepolis” qrupu Qərbi Avropanın 8 ölkəsində fəaliyyət göstərən ən böyük kinoteatr qrupudur.

956 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti