Musiqili Teatrın İslamiadanın ilk həftəsi üçün repertuarı

Azərbaycan Dövlət Musiqili Teatrı İslamiada ilə əlaqədar xüsusi repertuarla çıxış edəcək.
Muztv.az xəbər verir ki, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının ilk həftəsində Musiqili Teatrda 9 tamaşa nümayiş olunacaq.
Mayın 9-dan 14-dək saat 12.00 və 19.00-da “Kimdir müqəssir?”, “Mənim günahım”, “Fransızsayağı qarnir”, “Arşın mal alan”, “Dəcəl çəpişlər”, “Talelər qovuşanda”, “Bir dayan, canavar!” və “Ər və arvad” tamaşaları təqdim ediləcək.
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar ölkəmizə gəlmiş qonaqlar – azarkeşlər, yarış iştirakçıları, turistlər “Kimdir müqəssir?”, “Ər və arvad” və “Talelər qovuşanda” tamaşalarını ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə izləyə biləcək.
Musiqili Teatr rusdilli və balaca tamaşaçılarını da unutmayıb.
Mayın 11-də “Fransızsayağı qarnir” əsəri böyüklər, mayın 14-də isə “Bir dayan, canavar!” nağıl-tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq.
Həmçinin “Dəcəl çəpişlər” əsəri mayın 13-də Azərbaycan dilində balaca tamaşaçılara təqdim olunacaq.
Tamaşaçılar nümayiş olunacaq bu səhnə əsərlərində sevimli aktyorların ifalarını izləyə biləcək.
Teatrsevərlər biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə edə bilər.
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
