Madonna boksçu ilə eşq yaşayır
Ebru Gündəş keçmiş ərini məhkəməyə verib
Model İtaliyada nikaha girəcək
Polis amerikalı reperi axtarır

Facebook instagram Twitter Youtube
ARTNEWS

“Daşkənd baharı-2017” festivalında Azərbaycanın Xalq Artistinin rejissoru olduğu iki opera göstərilib

06-05-2017


Başa çatan “Daşkənd baharı-2017” IV Beynəlxalq Opera və Balet Festivalı çərçivəsində Azərbaycanın və Özbəkistanın Xalq Artisti, dövlət mükafatı laureatı Firudin Səfərovun rejissoru olduğu C.Verdinin “Traviata” və “Trubadur” operaları nümayiş etdirilib.

Muztv.az Azərtac-a istinadən xəbər verir ki, festivala Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın opera və balet sənətinin tanınmış nümayəndələri, dirijorlar qatılıb.

“Trubadur” operasında Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Əməkdar Artist Afaq Abbasova Leonoranın, Daşkənd teatrının aparıcı solisti, soydaşımız Nemət Sinhəbibi isə Manrikonun partiyasını ifa edib.

İstedadlı ifaçı Afaq Abbasova indiyədək Amerika Birləşmiş Ştatları, İtaliya, Avstriya, Almaniya, Böyük Britaniya, Türkiyə, Rusiya, Qazaxıstan və digər ölkələrdə keçirilən konsert və festivallarda çıxış edib.

892 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti