ARTNEWS
Azərbaycanda "Magic sounds" musiqi və rəqs festivalı keçiriləcək
05-05-2017

Mayın 4-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Sehrli səslər” (“Magical sounds”) musiqi və rəqs festivalı keçiriləcək.
Muztv.az xəbər verir ki, festival Əməkdar Artist Mircavad Cəfərovun rəhbərlik etdiyi “Cəngi” estrada və folklor rəqs ansamblının təşkilatçılığı ilə baş tutacaq. Festivalda Azərbaycanın “Azəri inciləri”, Gürcüstanın “Basti Bubu” rəqs və musiqi kollektivləri iştirak edəcək.
Təhsil Nazirliyi, Uşaq Yaradıcılıq Mərkəzi və Quba Uşaq Yaradıcılıq Mərkəzinin dəstəyi ilə gerçəkləşəcək festivalın fəxri qonaqları Əməkdar Artist Manana Çaparidze və Gürcüstandan gənc musiqiçi Elizabet Qabeçava olacaq.
1020 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
