Madonna boksçu ilə eşq yaşayır
Ebru Gündəş keçmiş ərini məhkəməyə verib
Model İtaliyada nikaha girəcək
Polis amerikalı reperi axtarır

Facebook instagram Twitter Youtube
ARTNEWS

“Xalçaçı günü”nə həsr olunmuş silsilə tədbirlər keçiriləcək.

03-05-2017


Mayın 4-5-də Azərbaycan Xalça Muzeyində “Xalçaçı günü” peşə bayramına həsr edilmiş silsilə tədbirlər keçiriləcək.

Muztv.az Azərtac-a istinadən xəbər verir ki, bununla əlaqədar müasir xalçaçılığa həsr olunmuş silsilə tədbirlər – “dəyirmi masa”, sərgi və ustad dərsləri keçiriləcək.

Məhz dövlətimizin qayğısı nəticəsində 2010-cu il noyabrın 10-da Azərbaycanın xalça sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən toxuculuğun inkişafına dair bir sıra qanun və sərəncamlar imzalanıb. 

Tədbirlərdə ölkəmizin 100-dən çox toxucusu, xalçaçı rəssamı və eksperti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllim-tələbə heyəti və bu sahədə çalışan mütəxəssislər iştirak edəcək.

“Dəyirmi masa”da xalçaçılığın bugünkü inkişafı, mövcud problemləri və onların aradan qaldırılması yolları, unudulmaqda olan toxuculuq texnikalarının tədqiqi və təbliği, gələcək nəsillərə çatdırılması, əl ilə toxunan xalçaların ölkə bazarlarına və beynəlxalq bazarlara çıxarılması, xalça toxucularının xammalla təmin olunması, qloballaşma dövründə hər bölgənin spesifik xüsusiyyətlərini yaşatmaq və digər məsələlər müzakirə olunacaq.

Ölkəmizin bütün guşələrindən gələn iştirakçıların əl işləri-böyük zövqlə toxunmuş, təbii boyalarla boyanmış xalça və xalça məmulatlarından ibarət sərgi-yarmarka keçiriləcək.

Sərginin məqsədi xalçaçılıq sənətini yaşatmaq, toxuculuğun bu əsrarəngiz sahəsində çalışan fərdi xalçaçılara dəstək olmaqdır.

Tədbirlər çərçivəsində Azərbaycan Xalça Muzeyində unudulmaqda olan xovsuz və xovlu xalçaların texnologiyaları üzrə ustad dərsləri də təşkil olunacaq.

1043 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti