Madonna boksçu ilə eşq yaşayır
Ebru Gündəş keçmiş ərini məhkəməyə verib
Model İtaliyada nikaha girəcək
Polis amerikalı reperi axtarır

Facebook instagram Twitter Youtube
ARTNEWS

Fırça ustaları öz əsərlərini açıq səma altında yaradacaq

02-05-2017


Mayın 7-də “Art Villa” qalereyasında “Açıq səma altında plener-16” keçiriləcək.

Muztv.az Azərtac-aistinadən xəbər verir ki, Gənclər Şəbəkəsinin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan İncəsənət Konsulluğunun (Arts Council Azerbaijan) dəstəyi ilə təşkil olunan plener “Güllər” adı altında gerçəkləşəcək.

Bu barədə “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib:

“Tədbir çərçivəsində çoxsaylı rəssamın iştirakı ilə müxtəlif janrlı rəsm əsərləri açıq səma altında təbii şəraitdə yaradılacaq. Plenerdə gənc rəssamlarla yanaşı, yaşlı nəsli təmsil edən fırça ustaları da iştirak edəcəklər. Plener sənətkarların təkmilləşdirilməsi, istedadlı gənclərin və yaradıcı ziyalıların dəstəklənməsi məqsədi daşıyır”, - deyə Dadaş Məmmədov bildirib.

906 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti