Samira qəmli statuslar yazır 
Aktrisanın avtomobili ilə fotosessiyası 
"Hakan: Muhafız" serialı dekabrda göstəriləcək
Vüqar meyxanaçılarla daha görüşməyəcək

Facebook instagram Twitter Youtube
AFİŞA

Novruzda “Bəxtəvər” olacaq

19-03-2017


Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində “Bəxtəvər” adlı səhnə əsəri təqdim olunacaq.
 

Teatrın mətbuat xidmətindən MuzTv.az-a bildirilib ki, səhnə əsəri Dövlət Musiqili Teatrı və iranlı aktyor Babək Nəhreynin rəhbərlik etdiyi Təbriz Teatrı ilə birlikdə hazırlanıb. Novruz şənlikləri ilə əlaqədar olaraq hazırlanan səhnə əsərinin müəllifi Babək Nəhreyn, eyni zamanda, baş rolun ifaçısıdır.
Tanınmış iranlı rejissor Yaqub Sadiqcamalinin quruluşunda təqdim ediləcək tamaşanın ideya müəllifi və bədii rəhbəri Musiqili Teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayevdir. Səhnə əsərində rolları iranlı aktyorlar Babək Nəhreyn, Camal Sadıqnecat, Bəhmən Taqipur və Cavad Əkbəri ilə yanaşı, Əməkdar artistlər Əzizağa Əzizov, Nahidə Orucova, Şövqi Hüseynov, Əkbər Əlizadə, aktyorlar Möylə Mirzəliyev, Ağaxan Şərifov, Ülviyyə Əliyeva və Elxan İsmayılov ifa edəcəklər.
Tamaşanın quruluşçu dirijoru, Əməkdar İncəsənət Xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar Artist Zakir Ağayev və Yelena Ağayeva, konsertmeysteri Fidan Babayevadır.
 
 

427 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Noyabr






















17 Noyabr