Müğənni məhkəməyə müraciət edib
Seda Sayanı izləyicilər çox bəyənib
Beyons vergidən yayınmaqda ittiham olunur
Bloger və gimnast “qara siyahı”ya salınıb

Facebook instagram Twitter Youtube
AFİŞA

Azərbaycanı "Avroviziya"da kim təmsil edəcək? - foto

07-03-2023


Azərbaycanın "Avroviziya"da nümayəndə heyətinin mətbuat katibi İlahə Dadaşova seçim prosesi və potensial qaliblər barədə məlumatları açıqlayıb. Mtv.az xəbər verir ki, İlahə Dadaşova, "Avroviziya" müsabiqəsinə builki seçim zamanı mahnı müəlliflərinin azərbaycanlı olmasına xüsusi diqqət ayrıldığını bildirib: "Bu amillə yanaşı, digər parametrlər də nəzərə alınaraq, 5 ifaçı və onların mahnıları seçilib. Həmin istedadlı musiqiçilər - Leyla İzzətova, Humay Aslanova və Əmrah Musayev dueti, Mamagama qrupu, Turan və Tural Bağmanovlar dueti və Azər Nəsibovdur. Mahnıların səsyazma keyfiyyəti baxımından fərqli olmasının yekun qərara təsir etməməsi və sağlam rəqabət imkanının təmin edilməsi üçün bu 5 namizədin ifaları eyni səsyazma studiyasında və eyni şəraitdə işlənilib. Səsyazmadan sonra canlı ifalarının video çəkilişləri edilib. Performansların hər iki formatda (yazılmış audio və canlı video) fokus qruppasına təqdim edilməsi nəzərdə tutulub. Hazırda həmin videolar üzərində iş gedir”.









42 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti