Müğənni məhkəməyə müraciət edib
Seda Sayanı izləyicilər çox bəyənib
Beyons vergidən yayınmaqda ittiham olunur
Bloger və gimnast “qara siyahı”ya salınıb

Facebook instagram Twitter Youtube
AFİŞA

“Avroviziya-2023”ün səhnəsi belə olacaq-foto

07-03-2023


Bu il Britaniyanın Liverpul şəhərində keçiriləcək “Avroviziya-2023” beynəxalq mahnı müsabiqəsinin səhnə görüntüləri yayılıb. Mtv.az xəbər verir ki, bu barədə yarışmanın rəsmi hesabında paylaşım edilib. Bildirilib ki, 450 kvadratmetrdən çox səhnəsi olan ərazinin 220 kvadrat metri müstəqil hərəkət üçün ayrılıb. Məkan dönən video ekranları, həmçinin döşəməyə inteqrasiya olunmuş 700-dən çox video plitələri və 1500 metrlik LED işıqları özündə birləşdirir. Xatırladaq ki, bu il ürəklərin birlikdə döyünməsini əks etdirən loqoya uyğun şüar kimi "Musiqi ilə birləşmə" ("United by Music") seçilib. Ötən il müsabiqənin qalibi Ukraynanı təmsil edən "Kaluş" qrupu olub. Ölkədəki müharibə səbəbindən yarışma bu il Britaniyada keçiriləcək. Mayın 9-u və 11-də müsabiqənin yarımfinalları, 13-də isə final mərhələsinin keçirilməsi nəzərdə tutulub.









46 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti