AFİŞA
"Avroviziya 2023"ün aparıcıları bəlli olub
23-02-2023

"Avroviziya 2023"ün aparıcılarının adları bəlli olub. Mtv.az xəbər verir ki, yarışmada aparıcılıq britaniyalı aktrisa Hanna Uedinqem, model Alişa Dikson və ukraynalı müğənni Yuliya Sanina həvalə edilib. Xatırladaq ki, ötən il müsabiqənin qalibi Ukraynanı təmsil edən "Kaluş" qrupu olub. Ölkədəki müharibə səbəbindən yarışma bu il Britaniyada keçiriləcək. Mayın 9-u və 11-də müsabiqənin yarımfinalları, 13-də isə final mərhələsinin keçirilməsi nəzərdə tutulub.
42 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
2 İyun
1 İyun