AFİŞA
Aktrisanın portreti rekord qiymətə satılıb - foto
13-06-2022

Dünya şöhrətli mərhum aktrisa Merilin Manronun portreti rekord qiymətə satılıb. Mtv.az xəbər verir ki, Christies hərrac evi tərəfindən rəssam Endi Uorholun 1964-cü ildə çəkdiyi “Vurulan Merilinlər” adlı əsər 195 milyon dollar qarşılığında alıcıya təqdim olunub. Bildirilib ki, satışdan əldə edilən bütün gəlir uşaq xeyriyyə fonduna ianə ediləcək. Xatırladaq ki, rəsm əsəri Monronun 1953-cü ildə lentə alınan "Niaqara" filminin reklamında olan fotoşəkili əsasında çəkilib. Uorhol portretinin müxtəlif rənglərdə bir neçə versiyasını hazırlayıb.

35 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
12
11