"Hörümçək adam" aktrisaya vurulub - foto
“Ən yaxşı qadın aktrisa” oldu
Şevval Sam gözəllik sirrini açdı - foto
Murad Boz örnək davranış etdi

Facebook instagram Twitter Youtube
AFİŞA

“Almaz” tamaşası onlayn göstəriləcək

15-01-2021


Yanvarın 16-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yazıçı-dramaturq Cəfər Cabbarlının “Almaz” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşanı sosial şəbəkədəki hesabları vasitəsilə onlayn təqdim edəcək.

Mtv.az xəbər verir ki, ikihissəli dramın yeni səhnə redaksiyasının müəllifi Əməkdar incəsənət xadimi Əli Əmirli, elmi məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nizami Cəfərovdur.

Səhnə əsərinin müəllifi Xalq artisti, Akademik Milli Dram Teatrının direktoru və bədii rəhbəri Azər Paşa Nemətov, rejissorları Anar Sadıqov və Əlif Cahangirli, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir. Tamaşada Almaz rolunda Əməkdar Artist Məsmə Aslanqızı çıxış edir.

C.Cabbarlının 1930-cu illər dram yaradıcılığı “Almaz” pyesi ilə başlayır. Əsərin ilk tamaşası 1931-ci il aprelin 13-də göstərilib.

44 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti