Leonardo da Vinçinin oğurlanan əsəri tapıldı
Andre Ryo koronavirusa görə skripkasını satır
Ajda Pekkan  Bodrumda bağ axtarır - foto
Aktyorun yeni serialı bəlli oldu 

Facebook instagram Twitter Youtube
AFİŞA

“Dörd əkizin nağılı” onlayn göstəriləcək

05-12-2020


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində bolqar yazıçısı Panço Pançevin “Dörd əkizin nağılı” əsəri əsasında səhnələşdirilən eyniadlı ikihissəli tamaşa sənət ocağının sosial şəbəkədəki səhifələri vasitəsilə onlayn nümayiş olunacaq.

Mtv.az xəbər verir ki, dekabrın 5-də təqdim ediləcək tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, quruluşçu rəssamı isə Elşən Sərxanoğludur.

Saat 12:00-da göstəriləcək səhnə əsərinin musiqi tərtibatı İradə Muradovaya, səhnənin rəqslər və plastikası Vüsal Mehrəliyevə məxsusdur.

“Dörd əkizin nağılı” tamaşası uşaqlar üçün nəzərdə tutulub.

Xatırladaq ki, bu gün həmçinin ”Buzovna kəndinin əhvalatları”, dekabrın 6-da isə “Yatmış gözəl”, “Mən gəldim qızlar…(Müharibə)” tamaşaları oynanılacaq.

 

62 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
20 Yanvar
































19 Yanvar