Müğənni 11 ay sonra ayrıldı
Aktrisanın evlənmə xəbəri yayıldı
Serialın yayım günü dəyişdirildi
“Hercai”nin çəkiliş meydanında dava düşdü

Facebook instagram Twitter Youtube
AFİŞA

“O olmasın, bu olsun” tamaşası göstəriləcək

29-10-2020


Oktyabrın 31-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı dahi bəstəkar Üzeyir Hacıbəylinin dünyaca məşhur “O olmasın, bu olsun” tamaşasını nümayiş etdirəcək.

Mtv.az xəbər verir ki, tamaşa teatrın “YouTube” kanalından saat 12.00-da yayımlanacaq.

Məşədi İbad rolunu Xalq artisti, Dövlət mükafatı laureatı Yaşar Nuri və Əməkdar artist, "Qızıl dərviş" mükafatı laureatı Rəhman Rəhmanov ifa ediblər.

Müflisləşmiş Rüstəm bəy gənc, gözəl qızı Gülnaz xanımı qoca baqqal Məşədi İbada ərə verməklə, - Rza bəyin təbirincə desək – “pul dağarcığı” əldə etmək istəyir. Gülnaz xanım isə gənc tələbə Sərvəri sevir.

Üzeyir bəy bu fabulanın ətrafında Məşədi İbaddan pul qoparmaq istəyən o dövrün çox xarakterik tiplərini - Qoçu Əsgəri, intiligent Həsən bəyi, qəzetçi Rza bəyi, millətçi Həsənqulu bəyi, hambalı toplayaraq çox maraqlı süjet xətti qurub, həm vəziyyət, həm də xarakterlər komediyası yaradıb. Üzeyir Hacıbəyli “Leyli və Məcnun” muğam - operasında olduğu kimi “O olmasın, bu olsun” musiqili komediyasında da xalq oyun havalarından, milli muğamlarımızdan növhə və əyinlərimizdən məharətlə qaynaqlanıb son dərəcə orijinal duetlər, ariyalar və xor ifaları yaradıb.

“O olmasın, bu olsun” musiqili komediyası bir əsr əvvəl - qadınların hüquqlarının kobudcasına tapdalandığı dövrdə qələmə alınsa da indi də çox aktualdır.

 

41 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
24 Noyabr


















23 Noyabr