Hər libasın qiyməti 1 milyon dollardan çoxdur - foto
Aktrisa əri ilə bağlı iddialara cavab verib
Sərvətləri çox olan məşhurlar kimlərdir?
Aktrisa yeni eşqə düşüb - foto

Facebook instagram Twitter Youtube
AFİŞA

“Karlson” onlayn nümayiş olunacaq

06-10-2020


Oktyabrın 9-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının sosial şəbəkələrində rusdilli tamaşaçılar üçün “Karlson” tamaşası nümayiş ediləcək.

Mtv.az xəbər verir ki, gürcüstanlı kukla rejissoru Yelene Mastxonaşvilinin quruluşunda özünün mükəmməl sənət məzmununu tapan tamaşanın quruluşçu rəssamı Vaxtanq Koridze, bəstəkarı Şalva Masxonaşvilidir.

Astrid Lindqrenin öz mükəmməlliyini illərdir ki, saxlayan “Karlson”u damda yaşayan sehrli balacaboyun unikal hekayəsi hamımıza tanışdır.

Özünə dost axtaran, təklikdən darıxan balaca oğlanın yaxın dostuna çevrilən, onunla səmimi, mehriban ünsiyyət quran mürəbbəsevən Karlsonun kuklaçıların səhnəsindən keçən yolu da maraqlıdır.

Birhissəli uşaq tamaşasında canlı plan oyunu, fərdi nəqletmə forması yaxşı tapıntılardandır.

Tamaşa teatrın “YouTube” kanalında saat 12:00-da yayımlanacaq.

 

259 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti