Demet Meqan Marklını tənqid edib - foto
Aktyor evliliklərini sonlandırmaq istəyir
Bülənt Ərsoya qızıl kəmər hədiyyə edilib - foto
Hollivud ulduzundan yeni fotosessiya

Facebook instagram Twitter Youtube
AFİŞA

Fateh Sultan Mehmetin nadir portreti İstanbulda sərgilənəcək

05-10-2020


Fateh Sultan Mehmetin Londonda keçirilən hərracda satın alınan nadir portreti oktyabrın 6-dan etibarən İstanbulda sərgilənəcək.

Mtv.az xəbər verir ki, bu barədə İstanbul Böyükşəhər Bələdiyyəsindən bildirilib.

Avqust ayında İstanbula gətirilən portretin ziyarətçilər üçün açılması COVID-19 pandemiyası səbəbindən təxirə salınıb.

Xatırladaq ki, Sultanın günümüzədək gələn üç orijinal portretindən biri olan bu rəsm əsəri bu il iyunun 23-də çıxarıldığı hərracda İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) tərəfindən 770 min funt sterlinqə alınıb. Portretin XV əsrdə italiyalı rəssam Gentile Bellini tərəfindən çəkildiyi ehtimal olunur. Belə ki, “Sultan II Mehmet, mövqe sahibi gənc ilə birlikdə” adlı rəsm əsərinin tarixi 1479-cu ilə təsadüf edir. O zamanlar venesiyalılarla imzalanan “İstanbul sazişi”nin maddələrindən biri də dövrün ən yaxşı rəssamlarından birinin Fatehin rəsmlərini hazırlamaq üçün İstanbula gəlməsi idi. Bu vəzifə Gentile Belliniyə tapşırılır. O, Osmanlı paytaxtına gələrək 1479-1481-ci illər arasında sarayda qalaraq Fateh Sultan Mehmetin portretlərini hazırlayır.

Rəsm əsərindəki ikinci şəxsin kimliyi tam bəlli olmasa da, onun üç şahzadədən biri olduğu düşünülür.

271 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti