Demet Meqan Marklını tənqid edib - foto
Aktyor evliliklərini sonlandırmaq istəyir
Bülənt Ərsoya qızıl kəmər hədiyyə edilib - foto
Hollivud ulduzundan yeni fotosessiya

Facebook instagram Twitter Youtube
AFİŞA

“Digitalart-lab” layihəsinə qeydiyyat başa çatdı

03-10-2020


Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının bir təşkilatçılığı ilə reallaşan “Digitalart-lab” adlı layihəyə qeydiyyat başa çatıb.

Mtv.az xəbər verir ki, layihə Azərbaycan rəssamlıq sənətinin müasir inkişafından qaynaqlanan rəqəmsal incəsənətin formalaşması, rəssamların bədii yaradıcılıq axtarışlarını, onların yaradıcılıqlarındakı bədii tendensiyaları, üslub özəlliklərini, orijinal ideyaları geniş ictimaiyyətə təqdim etmək məqsədi daşıyır. “Digitalart-lab” Azərbaycanda rəqəmsal incəsənətə həsr olunmuş ilk irimiqyaslı layihədir.

Dünyada və Azərbaycanda dördüncü sənaye inqilabı dövründə gedən sürətli rəqəmsallaşma, innovasiyaların, yeni texnologiyaların müxtəlif sahələrdə tətbiqi, incəsənət sahəsində də aktuallaşıb.

“Digitalart-lab” adlı layihə ölkəmizdə incəsənətin bu innovativ sahəsində çalışan gənc, peşəkar və həvəskar rəssamlarla əməkdaşlıq etmək, onların digital yaradıcılıq üslublarını tanımaq və dəstək olmaq amacı daşıyır.

Layihənin bir neçə mərhələdə reallaşması planlaşdırılır. İlkin mərhələdə bu sahədə fəaliyyət göstərən rəssamların əsərlərinə baxış keçiriləcək: Sonrakı mərhələdə ekspertlər tərəfindən seçilən iştirakçılara Azərbaycanı böyük layihələrdə təmsil edən digital sahədə çalışan rəssam Natiq Kamal və digər mütəxəssislər tərəfindən onlayn treninq və seminarlar təşkil olunacaq. Növbəti mərhələdə sənət mübadiləsinin və layihənin nəticəsi olaraq virtual sərgi, iştirakçılara sertifikatların verilməsi nəzərdə tutulur.

Seçilmiş namizədlərin adları oktyabr ayının əvvəlində elan olunacaq.

 

322 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti