Serial məhkəməlik oldu
Aktrisa və model ilə sevgili olan yeni eşq yaşayır
Serialda rol alacaq aktyorların adı açıqlandı
Zamiq üç fərqli obraz yaratdı - foto

Facebook instagram Twitter Youtube
AFİŞA

“ƏSA” Teatrı 8-ci tamaşasını hazırlayır

07-06-2020


“ƏSA” Teatrı sayca səkkizinci tamaşasını hazırlayır.

Mtv.az xəbər verir ki, teatr bu dəfə fransız yazıçı Antuan de Sent-Ekzüperiyə dünya şöhrəti gətirən “Balaca şahzadə” əsərinə müraciət edib.

Maydan etibarən intensiv şəkildə tamaşanın hazırlığına başlanılıb. Qarşıdakı müddət ərzində də tamaşanın məşqləri pandemiya ilə əlaqədar sosial izolyasiya və karantin qaydalarına uyğun olaraq həyata keçirləcək. Səhnə əsərində ümumilikdə 14 aktyor iştirak edir. Nümayiş zamanı eşitmə məhdudiyyətli şəxslər üçün tamaşa sinxron şəkildə surdo-tərcümə olunacaq.

Sentyabrın sonlarında premyerası nəzərdə tutulan “Balaca şahzadə” tamaşası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin dəstəyilə hazırlanır.

Tamaşa-layihəsinin rəhbəri Nihad Qulamzadə, quruluşçu rejissoru Əbdülqəni Əliyev, baş prodüseri Nicat Qulamdır. Əsəri fransız dilindən Cavanşir Yusifli tərcümə edib.

Xatırladaq ki, əlilliyi olan və olmayan aktyorlardan ibarət İnklüziv “ƏSA” Teatrı 2016-cı ilin sentyabr ayında yaradılıb. Artıq 5-ci teatr mövsümünə başlayan teatr bu günə qədər paytaxt və regionlarımızda uğurlu layihələr həyata keçirib.

29 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
6 İyul


























5 İyul