Aleyna dünya ulduzu olmaq istəyir
Hollivud ulduzu tətil üçün Bodruma getdi
Hollivud ulduzu altıncı dəfə ata oldu
Fatimə yazılan tənqidlərə cavab veridi

Facebook instagram Twitter Youtube
AFİŞA

“Cik-cik xanım” onlayn göstəriləcək

22-05-2020


Mayın 23-də saat 12.00-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının “YouTube” kanalından “Cik-cik xanım” tamaşası nümayiş etdiriləcək.

Mtv.az xəbər verir ki, tamaşa uşaq ədəbiyyatının görkəmli yazıçısı Əli Səmədlinin əsəri əsasında səhnələşdirilib.

Əli Səmədlinin “Cik-cik xanım” əsərinin tamaşası balaca bir sərçənin yalan danışması üzərində qurulub. Bunu bilən şah onun cəzalandırmaq istəyir, lakin anasının və dostlarının xahişi ilə şah onun bir daha belə hərəkətlər edib, yalan danışıb insanları incitməyəcəyinə söz verdikdən sonra azad edir.

Əli Səmədli 55 ildən artıq uşaq ədəbiyyatı sahəsində ədəbi fəaliyyət göstərib. O, 40-a yaxın kitabın və 33 səhnə əsərinin müəllifidir. Ayrı-ayrı əsərləri 20-dən artıq xarici dilə tərcümə edilib. Türk, özbək, türkmən, qırğız, Belarus və başqa dillərdə kitabları nəşr olunub. "Artıq tamah baş yarar" nağıl-pyesi 1964-1983-cü illərdə A.Şaiq adına Dövlət Kukla Teatrında 1500 dəfə tamaşaya qoyulub.

Görkəmli yazıçı Əli Səmədli 2006-cı il may ayının 30-da vəfat edib.

108 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
13




















12