Namiq qəmlənməyə lüzum görmür
Müğənni rahat geyinməyi sevir
Modelin kədərli duruşu lağa qoyuldu - foto
Günayın eks əri məlumatları yalanladı - foto

Facebook instagram Twitter Youtube
AFİŞA

“Fəna” tamaşası onlayn oynanılacaq

06-05-2020


Dövlət “Yuğ” Teatrı Orxan Fikrətoğlunun “İtki” və bir neçə hekayəsi əsasında hazırladığı “Fəna” tamaşasını mayın 14-də sosial şəbəkədəki hesabları vasitəsilə onlayn təqdim edəcək.

Mtv.az xəbər verir ki, rejissor Mir Sahib Ağazadənin quruluşu əsasında göstəriləcək səhnə əsərində rəsmlərin quruluşu Əməkdar rəssam Rəşid Şərifə məxsusdur. Səhnə əsərində aktyorlar Qasım Nağı, Natəvan Qeybani, Oqtay Mehdiyev və başqaları iştirak edəcək.

“Özü”nü itirmiş bir kişi birdən-birə bunun fərqinə varır. Xanımı və dostu ilə bunun necə baş verdiyini araşdırmağa çalışır. Sonradan məlum olur ki, sən demə onlar da “özlərini” itiriblərmiş. Çox çək-çevirdən sonra hər üçü öz fitrətlərini insan surətində görüb “özləri”nə qayıdırlar.

Janrı “bir nəfəslik mərifət oyunu” kimi təqdim olunan tamaşada Mərcan Dədənin musiqilərindən istifadə olunub.

20 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
28 May






















27 May