“Cırtdan” tamaşası onlayn göstəriləcək
Rus müğənni Bakıdakı konsertindən danışdı 
Müğənni koronavirusa yoluxdu
Kukla Teatrının noyabr repertuarı

Facebook instagram Twitter Youtube
AFİŞA

“Məhəbbət əfsanəsi” təqdimat tarixi dəyişdirildi

12-03-2020


Martın 13-də, 15-də və 16-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilməsi nəzərdə tutulan “Məhəbbət əfsanəsi” baletinin təqdimat tarixi dəyişdirilib.

Mtv.az xəbər verir ki, bu barədə “AzərTac”a Heydər Əliyev Fondundan məlumat verilib.

Xatırladaq ki, tamaşa məşhur rusiyalı baletmeyster Yuri Qriqoroviçin quruluşunda hazırlanır. Koronavirus xəstəliyinin qarşısının alınması üzrə görülən qabaqlayıcı tədbirlər çərçivəsində və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrindən irəli gələrək baletin hazırlığına cəlb olunan Rusiya tərəfinin yaradıcı heyəti tədbirin mart ayındakı tarixinin daha gec vaxta keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Bununla əlaqədar olaraq Heydər Əliyev Sarayında keçirilməli olan “Məhəbbət əfsanəsi” baletinin 3 günlük təqdimatının tarixi dəyişdirilib. Təşkilatçılar tərəfindən baletin təqdimatının yeni tarixi barədə əlavə məlumat veriləcək.

Martın 13-ü, 15-i və 16-na alınan biletlər üzrə yaranan suallarla əlaqədar şəhərin müvafiq kassalarına müraciət etmək olar.

155 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
31 Oktyabr


















30 Oktyabr