Uill Smith serial çəkməyə başladı
Balerina cazibədarlıq sirrini açdı
Model erotik şəkillərini paylaşdı
İbrahim Tatlısesin qızında COVID-19 tapıldı

Facebook instagram Twitter Youtube
AFİŞA

"Qaraca qız" baleti oyanılacaq

11-03-2020


Martın 29-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanın Xalq Artisti, professor Əşrəf Abbasovun "Qaraca qız" baletinin tamaşası keçiriləcək. 

Mtv.az xəbər verir ki, tamaşa bəstəkarın 100 illik yubileyinə həsr olunur.

Balet həyatda bir çox çətinliklər və ədalətsizliklərlə qarşılaşan balaca Tutunun - Qaraca qızın bədbəxt taleyindən bəhs edir. Üzləşdiyi bütün çətinliklərə baxmayaraq Qaraca qız insanlara olan sonsuz məhəbbətini, sədaqət və xeyirxahlıq kimi hissləri qoruyub saxlayır.

Tamaşada Azərbaycan Respublikasının  Əməkdar artisti Cəmilə Kərimova (Qaraca qız), solistlərdən Yuliya Ferştandt (Ağca qız), Timur Oduşev (Pərviz bəy), Liana Mirabdullayeva (Yasəmən), İslam Məmmədov (Yusuf), Faiq Qubatov (Piri baba) və digərləri ifa edəcəklər.

Tamaşanın quruluşçu baletmeysteri Əməkdar artist Samir Səmədov, dirijoru A.Dorati adına beynəlxalq müsabiqəsinin laureatı Orxan Həşimovdur.

24 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
8 Aprel
































7 Aprel