Uill Smith serial çəkməyə başladı
Balerina cazibədarlıq sirrini açdı
Model erotik şəkillərini paylaşdı
İbrahim Tatlısesin qızında COVID-19 tapıldı

Facebook instagram Twitter Youtube
AFİŞA

"Bu şəhərdə" konsertə hazırlaşır

04-03-2020


"Bu şəhərdə" komandası ənənələrinə sadiq qalaraq bu il də 8 Mart Beynəlxalq Qadınlar bayramında konsert verəcək.

Mtv.az xəbər verir ki, komandanın senaristi Müşfiq Abbasov maraqlı səhnələr hazırladıqlarını, yeniliklər olacağını vurğulayıb.

O deyib: "Konsertin adı "CanaVar"dır. Kimin üçün canavar, kimin üçün "cana" var mənasını nəzərdə tutmuşuq. Sosial, ailə-məişət mövzuları olacaq. Ənənəyə sadiq qalara toy səhnəciyimiz də var. Yeni parodiyalar üstündə çalışmışıq. Bunlardan Roza Zərgərli, Nazilə Səfərli, Elza Seyidcahan, Könül Kərimova, Cabbar Musayev, Teymur Mustafayev və böyük sənətkarımız Nəzakət Məmmədova hədəfimizdədir. Ailə səhnələri ilə yanaşı, məmurla bağlı maraqlı bir səhnəciyimiz də var".

Xatırladaq ki, "Bu şəhərdə"nin aktyorları Əməkdar artist Rafael İsgəndərov və Coşqun Rəhimovdur. Konsert Heydər Əliyev Sarayında martın 4, 5, 6, 7, 8-də keçiriləcək. 

30 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
8 Aprel
































7 Aprel