Uill Smith serial çəkməyə başladı
Balerina cazibədarlıq sirrini açdı
Model erotik şəkillərini paylaşdı
İbrahim Tatlısesin qızında COVID-19 tapıldı

Facebook instagram Twitter Youtube
AFİŞA

 “Paris partladı” tamaşası təqdim olunacaq

02-03-2020


Əlilliyi olan və olmayan aktyorlar ibarət ilk inklüziv teatrı olan - ƏSA Teatrı “Paris partladı” tamaşasını təqdim edəcək.

Mtv.az xəbər verir ki, görkəmli mütəfəkkir Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyö Jordan və Dərviş Məstəli Şah” pyesinin motivləri əsasında quruluş verilən “Paris partladı” tamaşası martın 18-də S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində nümayiş olunacaq.

“Paris partladı” tamaşası modern dünya teatrının trendlərini özündə əks etdirir.

Səhnə əsərinin quruluşçu rejissoru Elşən Əsgərov, baş prodüseri Nicat Qulam, multimedia meneceri Elxan Xanəlizadədir.

Rollarda İmran Lalayev, Səmayə Ağayarova, Könül Şahbazova, Elsevər Rəhimov, Niyaz İlyasoğlu, Elvin Mirzəyev, Rafael Şahbəyli, Mehdi Cənnəti Fərd, Aysel Feziyeva, Fərid Əliyev, Günay Məmmədova, Bəhram Rəhimli, Orxan Əliyev və Cəmilə Məmmədli çıxış edəcəklər.

38 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
8 Aprel
































7 Aprel