Müğənni mavi bikinidə şəkil çəkdirdi
Arnold Şvarseneqqer baba oldu
Murad Arif payızda 80 toya gedəcək
Serialın çəkilişləri təxirə düşdü

Facebook instagram Twitter Youtube
AFİŞA

“Xonçalı Novruz gəlir”...

22-02-2020


Heydər Əliyev Sarayı bayram tətili günlərində uşaqları “Xonçalı Novruz gəlir” - Kosa və Keçəlin sərgüzəştləri adlı maraqlı, musiqili və əyləncəli nağıl tamaşa ilə sevindirəcək.

Mtv.az xəbər verir ki, martın 21-də Novruz bayramı münasibətilə sarayın səhnəsində möhtəşəm bayram konserti keçiriləcək.

Hər il olduğu kimi Novruzun sevilən personajları “Kosa” və “Keçəl” şənliyin əsas simaları olacaqlar. Sevimli qəhrəmanlar uşaqlara Novruz bayramı, baharın gəlişi, Novruz çərşənbələri və digər adət-ənənələr barədə məlumat verəcək, müxtəlif oyunlar nümayiş etdirəcəklər.

Bundan başqa, uşaqlar Keçəl və Kosanın məzəli deyişmələrindən ibarət səhnəcikləri, rəqs kollektivlərinin ifasında milli və müasir rəqsləri izləyə biləcəklər.

Konsertin biletlərini Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından, “ASAN xidmət” mərkəzlərindən, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə etmək mümkündür.

143 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
15












14