Model toyunu təxirə saldı
Azad Şabanovun evi vaxtilə yanıb
Polina Qaqarina boşanır
Nura Suri yazılan tənqidlərə cavab verdi

Facebook instagram Twitter Youtube
AFİŞA

İrəvan Teatrı yeni tamaşalar hazırlayır

05-02-2020


Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı bu il (138-ci mövsüm) yeni səhnə əsərləri ilə tamaşaçıların görüşünə gələcək.

Mtv.az xəbər verir ki, bu barədə teatrın mətbuat katibi Teymur Bayramov deyib.

O bildirib ki, teatr Qoşqar Narqabilin “Rəis və 5 dul qadın”, Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir”, Qəşəm Nəcəfzadənin “Albert Aqarunov”, Vasili Siqarevin “Şeytan ailəsi” əsərlərinin səhnələşdirilməsini nəzərdə tutur.

Bununla yanaşı, “Ulu öndər Heydər Əliyev ideyalarını təbliğ edirik” layihəsi çərçivəsində şair-dramaturq İftixarın “Qurtuluş dastanı” və “Haqq mənəm” tamaşaları ilə qastrol səfərləri də nəzərdə tutulur. Həmçinin Türkiyə Cümhuriyyətinin Konya Dövlət Teatrının dəvəti əsasında “Haqq mənəm” tamaşası ilə festivalda iştirakı da nəzərdə tutulur.

Xatırladılıb ki, bu il İrəvan Teatrının inzibati binasının əsaslı təmirdən sonra açılışı da gözlənilir.

92 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
29 May


















28 May