Aktyorun arvadı və oğlu döyüldü - foto
 “Manga”nın solisti Sevda Ələkbərzadə ilə  duet oxudu
Gəncə terrorundan təsirlənib rep oxudu 
Arnold Şvartseneger yenə əməliyyat olundu

Facebook instagram Twitter Youtube
AFİŞA

“Sevgi şimşəyi” təqdim ediləcək

24-01-2020


Bakı Uşaq Teatrı Gənc Tamaşaçılar Teatrının səhnəsində “Sevgi şimşəyi” tamaşasını təqdim edəcək.

Mtv.az xəbər verir ki, böyüklər üçün nəzərdə tutulan tamaşada hadisələr sevgi hekayəsi üzərində qurulsa da, əslində, burada cəmiyyətdə yaşanan aktual problemlərə, valideyn-övlad münasibətlərindəki anlaşılmazlıqlara, şəxsiyyətin formalaşmasına təsir edən mühüm amillərə toxunulur. Səhnə əsəri komediya janrında hazırlanıb.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə təqdim ediləcək tamaşanın quruluşçu rejissoru Əməkdar artist İntiqam Soltandır. Rolları Bakı Uşaq Teatrının aktyorları Mehman Piriyev, Gülər Ləzgiyeva və Ədalər Ağaverdizadə ifa edirlər. Bəstəkar Mahir İbrahim və rəssam Sevda Məmmədovanın da üzərində işlədikləri tamaşa Rövşən Ağayevin “Bir gecənin nağılı” pyesinin motivləri əsasında hazırlanıb.

Səhnə əsəri ilk dəfə Türkiyənin Bilecik şəhərində keçirilmiş Beynəlxalq Teatr Festivalında nümayiş edilib.

191 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
30 Oktyabr


















29 Oktyabr