Çağatay Ulusoy arıqlamağa qərar verdi
Aktrisa pərəstişkarlarını həyəcanlandırdı - foto 
"Geyimim açıq-saçıq yox, orta-açıq sayılır” - müğənni
Gözəllik yarışmasının qalibi həbs edildi - foto

Facebook instagram Twitter Youtube
AFİŞA

“O olmasın, bu olsun” nümayiş olunacaq

01-12-2019


Dekabrın 4-də Azərbaycan Dövlət Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” əsəri əsasında səhnələşdirilən tamaşa nümayiş olunacaq.

Mtv.az xəbər verir ki, Əməkdar incəsənət xadimi Hafiz Quliyevin rejissoru olduğu səhnə əsərində əsas rollarda teatrın aparıcı solistləri - Xalq artistləri Azər Zeynalov və Əkrəm Poladov, Əməkdar artistlər İnarə Babayeva, Fərid Əliyev, Gülüstan Əliyeva, Cahangir Qurbanov, Ələkbər Əliyev, Tural Ağasıyev, solistlər Fəhmin Əhmədli, Ağaxan Şərifov və başqaları çıxış edəcək.

Tamaşa Əməkdar incəsənət xadimi Sevil Hacıyeva tərəfindən idarə olunacaq.

Xatırladaq ki, Ü. Hacıbəylinin yaradıcılığına məxsus ən populyar əsərlərdən biri olan “O olmasın, bu olsun” musiqili komediyası 1910-cu ildə qələmə alınıb. Tamaşanın premyerası 1911-ci il aprelin 25-də Opera və Balet Teatrının binasında reallaşıb. 2006-cı ildə sənət ocağının rəhbərliyi yenidən bu ölməz əsərə müraciət edərək onu yeni quruluşda səhnəyə qoyub.

15 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
8 Dekabr
































7 Dekabr