Beren Saat və Kənan Doğulu birlikdə - foto
Keti Perri özünü şam ağacına bənzətdi - foto
Beyons konsert vermək istəmədi
Eldar saçını yaşıl rəngə boyadı - foto

Facebook instagram Twitter Youtube
AFİŞA

“Sevgi şərbəti” operası nümayiş ediləcək

20-11-2019


Noyabrın 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qaetano Donisettinin “Sevgi şərbəti” operası nümayiş ediləcək.

Mtv.az xəbər verir ki, səhnə əsərində Opera və Balet Teatrının aparıcı solistləri – Azərbaycanın Əməkdar artistləri İnarə Babayeva (Adina), Fərid Əliyev (Nemorino), Cahangir Qurbanov (Belkore), Xalq artisti Əkrəm Poladov (Dulkamara) və başqaları iştirak edəcəklər.

Operanı Azərbaycanın Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcək.

Görkəmli italyan bəstəkarı Q.Donisetti İtaliya opera sənətinin ənənələrini davam etdirərək 65 opera tamaşasının musiqisini ərsəyə gətirib. Onun yaradıcılığının ən parlaq dövrü XIX əsrin 30-40-cı illərinə təsadüf edir. Bəstəkara dünya şöhrəti qazandıran “Sevgi şərbəti” operası da məhz bu illərdə yaranıb. Opera çox qısa müddətdə - cəmi iki həftə ərzində yazılıb və ilk dəfə 1832-ci ildə Milanda səhnəyə qoyulub.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında opera 2013-cü ildə tamaşaya qoyulub.

41 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
14 Dekabr










































13 Dekabr