Elnarə rejissor olmaq istəyir
Müğənni və aktyor təcavüzdə ittiham olunur
Aktyor ərəb xanımların təklifini rədd etdi
Seda Sayan sərxoş halda saxlanıldı

Facebook instagram Twitter Youtube
AFİŞA

Ukraynalı opera solisti Bakıda çıxış edəcək  

16-09-2019


Sentyabrın 28-də XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Adolf Adanın “Jizel” baleti nümayiş olunacaq.

Mtv.az xəbər verir ki, tamaşada Jizel partiyasını sənət ocağının balet truppasının aparıcı solisti, Əməkdar artist Nigar İbrahimova ifa edəcək. Baleti professional səviyyəsini yüksəltmək məqsədilə teatrın rəhbərliyi əsas partiyalardan birini - qraf Albert partiyasını ifa etmək üçün Ukrayna Milli Operasının solisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Stanislav Olşanskini dəvət edib.

Səhnə əsərində, həmçinin Əməkdar artist Elmira Süleymanova (Mirta), aparıcı solist Anar Mikayılov (Meşəbəyi Hans) və başqaları da çıxış edəcəklər.

Balet teatrın baş dirijoru, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatı laureatı Əyyub Quliyev tərəfindən idarə olunacaq.

43 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Oktyabr


























15 Oktyabr