Manana əri və uşaqları ilə - foto
“Emmy” sahiblərinə verildi - foto
Müğənnilər Kərbəla ziyarətinə getdilər - foto
Kinofestivalda “İrlandiyalı” filmi göstəriləcək

Facebook instagram Twitter Youtube
AFİŞA

İtaliyalı pianoçu Bakıda konsert verəcək

29-08-2019


Sentyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində “Fortepiano musiqisi axşamı” adlı tədbir keçiriləcək.

Mtv.az xəbər verir ki, gecədə italiyalı pianoçu, beynəlxalq müsabiqələr laureatı Aleksandr Hacıyev konsert proqramı ilə çıxış edəcək.

Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunacaq konsertdə dünya şöhrətli bəstəkarlar L.V.Bethovenin № 21 “Avrora” sonatası, F.Listin “Apres une lecture du Dante” fantaziya-sonatası, S.Prokofyevin 6 saylı Sonatası səslənəcək.

Xatırladaq ki, builki festival çərçivəsində 40-dək tədbirin təşkili nəzərdə tutulur.

Festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna və Gürcüstandan tanınmış musiqi kollektivləri iştirak edəcək.

40 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23










































22