Hörümçək-adam “Marvel” kino dünyasını tərk edir
Castin Biberin üzü səpdi - foto
Aktrisa ikinci dəfə ana olacaq
Aysel “Bubi”nin qiymətini açıqladı

Facebook instagram Twitter Youtube
AFİŞA

Timur Əsgərov şahzadə obrazını canlandıracaq

24-07-2019


Sentyabrın 11-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Pyotr Çaykovskinin “Qu gölü” baleti nümayiş etdiriləcək.

Mtv.az xəbər verir ki, “Mariya-2” səhnəsində təqdim ediləcək baletdə Azərbaycanın Əməkdar artisti Timur Əsgərov şahzadə Ziqfrid obrazını canlandıracaq.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. T.Əsgərov 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrı truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

37 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26












25