İfaçı 123 kiloqram arıqladı - foto
Fatimə üzüyünü və sırğasını göstərdi - foto
Pop müğənnisi mobil telefondan istifadə etmir
Teymur Əmrah həmkarına irad bildirdi

Facebook instagram Twitter Youtube
AFİŞA

Timur Əsgərov “Silviya” baletində rol alır

11-07-2019


İyulun 27-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının Primorye səhnəsində Leo Delibanın “Silviya” üçpərdəli baleti nümayiş olunacaq.

Mtv.az xəbər verir ki, səhnə əsərində Armintanın partiyasını Azərbaycanın Əməkdar artisti Timur Əsgərov ifa edəcək.

“Silviya” baletinin dünya premyerası (Lui Merantın xoreoqrafiyasında) 1876-cı ildə Parisdə olub. Baletin Frederik Aştonun xoreoqrafiyasında premyerası 1952-ci ildə Londonda Kral Opera Teatrında keçirilib. Səhnə əsəri Mariya Teatrında ilk dəfə 2014-cü il aprelin 3-də oynanılıb.

Timur Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Prezident İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamına əsasən Timur Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. O, 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. Mariya Teatrının truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

135 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Noyabr






































17 Noyabr