Samira qəmli statuslar yazır 
Aktrisanın avtomobili ilə fotosessiyası 
"Hakan: Muhafız" serialı dekabrda göstəriləcək
Vüqar meyxanaçılarla daha görüşməyəcək

Facebook instagram Twitter Youtube
AFİŞA

Xalq Artistinin 80 illiyi qeyd olunacaq

19-01-2018


 Heydər Əliyev Sarayında Azərbaycanın tanınmış bəstəkarı, Xalq Artisti Elza İbrahimovanın anadan olmasının 80 illiyi qeyd olunacaq.

Muztv.az xəbər verir ki, fevralın 21-də baş tutacaq yubiley gecəsində respublikanın Xalq artistləri, Əməkdar artistlər və məşhur ifaçılar iştirak edəcək. Konsertdə tamaşaçılar musiqi mədəniyyətimizin inkişafına böyük töhfələr vermiş Elza İbrahimovanın biri-birindən gözəl və sevilən musiqilərini dinləyəcək.

Gecədə bəstəkarın uzun illər görkəmli ifaçılar tərəfindən səsləndirilən bənzərsiz və təkrarsız mahnıları, unudulmaz bəstələri – “Bilməzdim”, “Gecələr bulaq başı”, “Sən yadıma düşəndə”, “Bakının işıqları”, “Sevgilim tut əlimdən”, “Mehribanım”, “O gözlər, o gözlər”, “Gəl barışaq”, “Qurban Verərdim”, “Daha məndə dözüm yox”, “Yoxluğunu bilə-bilə”, “Ey vətən” və digər nəğmələri səsləndiriləcək.

208 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Noyabr






















17 Noyabr