"Çox sevinirəm"- Könül Kərimova da təşəkkür etdi
Nadir Qafarzadə Röyaya tərif yağdırdı
Keçmiş model məsləhət verdi: “Yaşlanmayın...”
Sabah bayram havası olacaq

Facebook instagram Twitter Youtube
AFİŞA

Bakıda uşaqların rəsmləri sərgilənir

02-12-2017


Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda paytaxtın 183 nömrəli körpələr evinin uşaqlarının rəsmlərindən ibarət sərgi açılıb.

Muztv.az xəbər verir ki, Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə gerçəkləşən sərgidə 50-dək balaca fırça ustasının əsərləri sərgilənib.

Sərginin açılışından əvvəl Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağali İbrahimov, 183 nömrəli körpələr evinin müdiri Sədaqət Qurbanova çıxış edərək sərgidə yer alan əsərlərin mükəmməlliyindən söz açıblar.

Vurğulanıb ki, “Çiçəklən Azərbaycanım” adlı sərgidə vətənpərvərlik mövzulu sənət əsərləri yer alıb. Rəsmlərin məna və mövzu baxımından dolğunluğuna diqqət çəkən natiqlər ekspozisiyada əsərləri nümayiş edilən balaca fırça ustalarının incəsənəti sevdiklərini, bu sənətə böyük məhəbbətlərinin olduğunu qeyd ediblər.

Bildirilib ki, belə sərgilərin təşkili uşaqların sənətə olan marağını artırır, onları daha böyük həvəslə əsərlər yaratmağa sövq edir.

Çıxış edən valideynlər sərginin əhəmiyyətindən danışıb, tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər.
 
 

116 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
27 May






















26 May