"Çox sevinirəm"- Könül Kərimova da təşəkkür etdi
Nadir Qafarzadə Röyaya tərif yağdırdı
Keçmiş model məsləhət verdi: “Yaşlanmayın...”
Sabah bayram havası olacaq

Facebook instagram Twitter Youtube
AFİŞA

Musiqili teatrın maraqlı tamaşaları

15-11-2017


Azərbaycan Dövlət Musiqili Teatrı bu həftə doqquz tamaşa ilə teatrsevərlərin görüşünə gələcək.

Muztv.az xəbər verir ki, tamaşaçılar səhnə əsərlərini noyabrın 16, 17, 18, 19-da izləmək imkanı əldə edəcəklər. Belə ki, sənət ocağının səhnəsində müvafiq olaraq “Hacı Qara”, “Qızıl cücə”, “Arşın mal alan”, “Molla Nəsrəddinin beş arvadı”, “Bremen musiqiçiləri və Pen”, “Mən dəyərəm min cavana” və “Düyməcik” tamaşaları oynanılacaq.

Teatr, həmçinin rusdilli və azyaşlı tamaşaçılarını da nəzərə alaraq onlar üçün də maraqlı səhnə əsərləri hazırlayıb.

Tamaşaçılar təqdim olunacaq səhnə əsərlərində Xalq Artisti İlham Namiq Kamalı, Əməkdar artistlər Boris Qrafkin, Nahidə Orucova, Əzizağa Əzizov, Svetlana Bulax, Almaz Ələsgərli, Əkbər Əlizadə, Səidə Şərifəliyevanı, aktyorlar Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Möylə Mirzəliyev, Ağaxan Şərifov və başqa aktyorları görə biləcək.

Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

140 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
27 May






















26 May