"Çox sevinirəm"- Könül Kərimova da təşəkkür etdi
Nadir Qafarzadə Röyaya tərif yağdırdı
Keçmiş model məsləhət verdi: “Yaşlanmayın...”
Sabah bayram havası olacaq

Facebook instagram Twitter Youtube
AFİŞA

“İt gəzdirən xanım” Pantomima Teatrının səhnəsində

17-06-2017


Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcı kollektivi yeni tamaşa hazırlayır.

Muztv.az xəbər verir ki, sözügedən tamaşa A.P.Çexovun “İt gəzdirən xanım” hekayəsi əsasında hazırlanıb.

Belə ki, teatrsevərlər iyunun 18-də nümayiş olunacaq səhnə əsərinə Leyla Atayevanın quruluşunda baxacaqlar. Tamaşada rəsmlərin quruluşu Nurlan Rüstəmova, əsərin plastik həlli isə xalq artisti Bəxtiyar Xanızadəyə məxsusdur.

Səhnə əsərində rolları əməkdar artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Leyla Atayeva, Nuridə Musabəyli, Elxan Şahalıyev, Elnur Rzayev və Beyrək Rüstəmov canlandıracaq.

Qeyd edək ki, A.P.Çexovun “İt gəzdirən xanım” hekayəsi əsasında 1960-cı ildə “Lenfilm” kinostudiyasında eyniadlı film də ekranlaşdırılıb.

213 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
27 May






















26 May